Gutenberg  
Gutenberg   Azerbaijan flag
Gutenberg LAYİHƏ HAQQINDA     İŞTİRAKÇILAR     KİTABLAR     ŞRİFTLƏR
Müəlliflər  A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   İ   J   K   Q   L   M   N   O   Ö   P   R   S   Ş   T   U   Ü   V   Y   Z   Hamısı 

LAYİHƏ HAQQINDA

Layihənin məqsədi: Əsası hələ 1970-ci ildə İllinoys Universitetinin professoru Maykl Hart tərəfindən qoyulmuş bu beynəlxalq layihə İnternet könüllüləri tərəfindən daha da zənginləşdirilir. «Qutenberq» layihəsinin məqsədi: «Yaşadığımız dünyada yer kürəsinin əhalisinin daha çox mütaliə etmək və dünyadakı insanları anlaması üçün daha geniş miqyasda və sayda ölkələrin və mədəniyyətlərin ədəbiyyatına asan və pulsuz girişi təmin etməkdir». Layihəyə yalnız müəlliflik hüququ müddəti 50 ili keçmiş əsərlərin daxil edilməsinə icazə verilmişdir.

Qutenberq layihəsinin saytları dünyanın ən yaxşı saytları sırasına daxildir və orda ərəb, çin, macar, italyan, rumın, rus və b. dillərndə ədəbiyyat təqdim edən interfeysləri mövcuddur. Qutenberqçilərin indiyə kimi yaratdığı elektron nəşrlər müxtəlifliyi və unikallığı ilə diqqəti cəlb edir. Burada Konan Doyl, L.Tolstoy, Homer, Martin Lüter, Tomas Ceferson, və s. müəlliflərin əsərləri milli dillərdə tövsiyə olunur.

Sevindirici haldır ki, öz doğma dilində ədəbi irsi «Quttenberq» layihəsi üzrə İnternetə çıxarılan xalqların sırasına Azərbaycanın da adı əlavə olunmuşdur.

Layihənin yaranma tarixi: Ümumdünya humanitar qeyri-kommersiya təşəbbüsü çərçivəsində Azərbaycan dilində İnternet resurslarının yaradılması və yayılması sahəsində mühüm bir irəliləyiş olan «Qutenberq-Azərbaycan» layihəsi təşəbbüsü Soros Fondu Azərbaycan Açıq Cəmiyyət İnstitutu tərəfindən irəli sürülmüşdür (02.12.2002-ci il). Azərbaycan dilində latın qrafikası ilə İnternet resurslarının artırılması və Azərbaycan ədəbiyyatına olan ehtiyacı nəzərə alaraq elan olunmuş «Qutenberq-Azərbaycan» müsabiqəsində respublikadan üç təşkilat - Azərbaycan MEA Nizami adına Ədəbiyyat İnstitutunun «İnformasiya və biblioqrafiya» şöbəsi, M.F.Axundov adına Milli Kitabxanası, Xəzər Universitetinin Kitabxana-informasiya Mərkəzi kitabxanası qalib gəlmişdir.

SPONSOR TƏŞKİLAT:

Soros Fondu Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu Azərbaycan Milli ədəbi irsinin rəqəmləşdirilməsi məsələlərinin beynəlxalq standartlara müvafiq tam əhatə edilməsinə və latın qrafikasında keçidlə əlaqədar müxtəlif mövzuda çap məhsullarına olan ehtiyacı nəzərə alaraq bu layihənin həyata keçirilməsini vacib hesab etmişdir. Layihə üzrə koordinasiya Şurası yaradılmış, maddi-texniki baza təmin edilmiş, elektron fondların tamlığına təminat verilmişdir.